ulduz xəstəliyi

Lit. star disease / conceit / putting on airs / giving oneself airs / getting a swelled head / an intoxication with success / star fever / big headedness звёздная болезнь / головокружение от успехов (высокомерное, чванливое поведение лица, пользующегося известностью)
ulamalı mahnı (qəmgin, həzin mahnı)
ulduz-ulduzu çağırır
OBASTAN VİKİ
Ulduz
Ulduz — ilk vaxtlardan bəri insan səma ilə maraqlanmış, ulduzları araşdırmaq üçün ilk ciddi addım isə, ilk teleskopu reallaşdıran İtalyan alimi Qalileo Qaliley tərəfindən atılmışdır. Göy hadisələri ilə maraqlanan elm sahəsi də "astronomiya" adı altında inkişaf etmişdir. Göy üzündə görünənlərdən də daha çox ulduz olduğu bilinməkdədir. Gözlə görülənlərin sayı, 8000 qədərdir. Şəkilləri çəkilə bilən ulduzların sayı isə 50000000000 qədərdir. Ayrıca səmada işıq verməyən ulduzlar da vardır ki, bunlar öz günəşləri olan ulduzların ətrafında dönməkdədirlər. Ulduzlar kainatda ən çox yayılmış göy cisimləridir. Kosmik maddənin kütləsinin 98%-i ulduzlara məxsusdur. Ulduzlar Günəşəbənzər obyektlərdir, yəni işıq və istilik enerjisinə malik olan qaz kütlələridir. Ulduzlar kütlə, radius və işıqlıqlarına görə bir-birlərindən ciddi fərqlənirlər.
Dəniz xəstəliyi
Dəniz xəstəliyi bir digə adı ilə yırğalanma olan bu hal gəmidə olarkən dəniz bərk dalğalandıqda, təyyarədə və ya maşında gedərkən baş verə bilir. əsas səbəbi daxili qulağın vestibulyar aparatının qıcıqlanmasıdır. əsasən sağlamlığı zəif adamlarda və vegetoniklərdə baş verir. əsas səbəblərdən biri vestibulyar aparatın oyanması zamanı qanda natriumun miqdarının azalmasıdır. iki variantda özünü göstərir: astenik variant zamanı baş ağrısı, ürəkbulanma, qusma, iştahanın pozulması, başgicəllənmə, soyuq tər, bradikardiya, hipotoniya, huşun tormozlanması və yuxuculuq əlamətləri özünü göstərir. ajiotajlı variantda isə oyanma, ağızda quruluq və yanğı hissi, tez-tez sidik ifrazına meyillik, taxikardiya, hipertoniya müşahidə olunur. əlamətlər adətən yırğalanma qurtardıqdan sonra keçir.
Erməni xəstəliyi
Erməni xəstəliyi (və ya periodik xəstəlik və ya Yerevan xəstəliyi və ya nevropatiyasız irsi ailə amiloidozu və ya ailəvi Aralıq dənizi qızdırması; digər adları: Ceynuey-Mozental paroksizmal sindromu, periodik peritonit, Reymann sindromu, Siqal-Mamu xəstəliyi) — nadir genetik irsi xəstəlik, özünü periodik residiv serozitdə və amiloidozun inkişafında göstərir. Özünü əsasən ulu babaları Aralıq dənizi sahillərində yaşamış xalqların nümayəndələrində (sonradan harada yaşamasından asılı olmayaraq), xüsusilə ermənilərdə, yəhudilərdə, ərəblərdə, ancaq 6% digər millətlərin nümayəndələrində göstərir. Erməni xəstəliyi angedoniya, böyrəklərin sıradan çıxmasını və laktozanı qəbul etməmə yaradır.
Fil xəstəliyi
Fil xəstəliyi və ya elefantiaz – İnsan bədəninin hər hansı bir hissəsinin hədsiz böyüməsi. Fil xəstəliyi filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən törədilən parazitar xəstəlikdir. Bu xəstəlik parazitar xəstəliklərə aid olub, onu törədən qurdlar maralların orqanizmində yaşayır, ağcaqanadlar tərəfindən yayılır. Əgər alimlər maralların orqanizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında bu xəstəliyin qarşısını da almış olacaqlar. Tibdə elefantiyazis adlanan xəstəliyin açması "kobudcasına genişlənən üzvlər"dir. Bu xəstəlik kobudca genişlənmiş, ya da şişmiş ayaqlar və qollara sahib dramatik insan fotoşəkillərindən bilinir. İnfeksiyalı dişi ağcaqanad bir insanı dişlədiyində mikrofilarya deyilən qurd sürfələrini qana sala bilər. Mikrofilarya təkrar-təkrar törəyir və uzun illər boyu yaşaya biləcəyi qan dövranı yoluna yayılır. Sıx görülən xəstəlik əlamətləri infeksiya sonrası illər boyu görünmür. Parazitlər qan damarlarına yerləşdiyi kimi qan dövranını məhdudlaşdıra bilər və ətrafındakı toxumalarda qanın yığılmasına səbəb ola bilər.
Göbələk xəstəliyi
Göbələk xəstəliyi — yüksək antibiotik qəbul etdikdən sonra baş verir.Yoluxucu xəstəlik olan göbələk xəstəliyi dəridə qızartı, qaşınma, iltihab və şişliklərə səbəb olan tək hüceyrəli göbələkdir. Müxtəlif növ göbələklər bu simptomların bədənin müxtəlif yerlərində görünməsinə səbəb ola bilər. İnfeksiya dəridə əl, ayaq, üz, bədən və baş dərisi kimi bölgələrdə çoxalan göbələk növlərinə görə baş verir. Əvvəlcə aydın sərhədləri varmış kimi görünən göbələk bədənin müxtəlif hissələrinə təsir etdikdə zamanla yayıla bilər və bu zaman infeksiya çox daha ağır simptomlarla irəliləyir. Göbələk xəstəlikləri daha çox dəridə ayaq, dırnaq, qasıq, vajina və saç kimi nahiyələrdə əmələ gəlir. Bununla belə nadir hallarda da olsa, dil və imfa düyünlərini də təsir edə bilir. Göbələk infeksiyası bədənin demək olar ki, hər hansı bir hissəsində yarana bildiyindən dolayı ən çox müşahidə olunan əlaməti qaşınmadır. Göbələyin əmələ gəldiyi nahiyədə qaşınma hissi yaranır. Dərinin səthinə təsir etdiyi hallarda göbələk xəstəliyi müxtəlif əlamətlərlə özünü büruzə verir. Saç göbələyində baş dərisində soyulma, qırmızı səpgilər və qabarın yaranmasına, saç tökülməsinə və keçəlliyə səbəb ola bilir.
Günter xəstəliyi
Günter xəstəliyi — eritropoetik porfiriya. Xəstəlik 1991-ci ildə bu xəstəliyi araşdrmış alman həkimi Qans Günterin şərəfinə adlandırılmışdır. Cox nadir hallarda rast gəlinir: 1000000 yeni doğulmuşlardan yalnız birində rast gəlinə bilər. Xroniki fotohəssaslıq, dərinin zədələnməsi, qırmızı qan hüceyrələrinin dağılması. Gün işığı dərilərini zədələdiyindən xəstələr gün işığından qorunurlar, həmçinin onlarda kəskin diffuz hiperterioz, yara izləri və eritrodontiya müşahidə olunur(dişlərin qırmızı rəngə boyanması). Çox vaxt xəstəlik erkən yaşlarda bəzən isə daha gec (3–4) yaşlarında müşahidə olunur. Eritrositlərin normal klonlaşması ilə bərabər, xəstələrdə patoloji klonlaşmada gedir ki, bu da hüceyrələrdə ferment defekti ilə əlaqali olduğu üçün uroprofinin səviyyəsini artırır. İltihabi proseslər və xoralar qığırdaqları, qulaqları, göz qapaqlarını sıradan çıxardaraq onların deformasiyasına gətirir. Getdikcə insan canlı mumiyaya dönür. Xəstələr bacardıqları qədər günəş şüalarından qorunmalıdırlar.
Hantinqton xəstəliyi
Hantington xəstəliyi — genetik bir nevroloji xəstəlikdir. Xəstələrdə bəzi hərəkət pozuntuları, eləcə də zehni dayanıqlılıq var. 1872-ci ildə ilk olaraq xəstəliyin irsi olduğunu izah edildi. Adını Jorj Huntington'dan alır. Autosom-dominant xarakterli xəstəlikdir və beyin və sinir sisteminə təsir göstərir. Xəstələr adətən heterozigotdur. Xəstəliyin ilk simptomları 30–50 yaş arasındadır. Xəstənin bu dövrdə uşaqları olmasına baxmayaraq, bu xəstəliyi uşaqlarına ötürmək riski 50% -dir. Xəstəlik ölümcül olmasa da, bu xəstəliyin inkişafından asılıdır. Xəstəliyin səbəbi Huntington proteininin istehsal pozuqluğu səbəb olur.
Huntington xəstəliyi
Hantington xəstəliyi — genetik bir nevroloji xəstəlikdir. Xəstələrdə bəzi hərəkət pozuntuları, eləcə də zehni dayanıqlılıq var. 1872-ci ildə ilk olaraq xəstəliyin irsi olduğunu izah edildi. Adını Jorj Huntington'dan alır. Autosom-dominant xarakterli xəstəlikdir və beyin və sinir sisteminə təsir göstərir. Xəstələr adətən heterozigotdur. Xəstəliyin ilk simptomları 30–50 yaş arasındadır. Xəstənin bu dövrdə uşaqları olmasına baxmayaraq, bu xəstəliyi uşaqlarına ötürmək riski 50% -dir. Xəstəlik ölümcül olmasa da, bu xəstəliyin inkişafından asılıdır. Xəstəliyin səbəbi Huntington proteininin istehsal pozuqluğu səbəb olur.
Kavasaki xəstəliyi
Kavasaki xəstəliyi, dəri-selikli limfa düyünlər sindromu (ing. mucocutaneous lymph node syndrome) – 5 yaşa qədər uşaqlarda yüksək hərarətin artması (100%), yayılmış səpgi, oral-faringial əlamətlər, konyunktivit, limfadenopatiya, dəri qabıqlanması, ovuc və pəncənin qızarması, ürək qüsuru, tac damarların anevrizması başverir. Hərarətə antibakterial terapiya təsir etmir, seçim müalicə xəstəliyin ilk dövründə venadixili immunoqlobulindir.
Kron xəstəliyi
Kron xəstəliyi, terminal ileit – mədə-bağırsaq sisteminin ayrı-ayrı sahələrinin iltihabı, qalınlaşması, xoralaşmasıdır. Xroniki formada ağrı, ishal, malabsorbsiya, üveit, oynaq sindromu (iri, asimmetrik, çox vaxti aşağı ətrafların periferik artriti, spondilit, sakroiliit, neqativ RF və ANA, düyünlü eritema) yaranır. Periferik artrit epizodları bağırsaq kəskinləşməsi dövründə olur, halbuki spondilit isə bağırsaq patologiyasının ağırlığından asılı olmayaraq yaranır. Ailə üzvləri arasında Crohn xəstəliyi olan insanlarda xəstəlik 25 dəfə çox rast gəlir. Kron xəstəliyinin Aşkenazi yəhudiləri arasında rastgəlmə tezliyi yüksəkdir.
Laym xəstəliyi
Laym xəstəliyi (ing. Lyme dis.) – spiroxeta ilə törənən (Borellia burgdorferi) gənə dişləməsindən sonra yaranan, mövsümi xarakterli, transmissiv xəstəlikdir. Dərinin (dişləmə yerində yaranan xroniki miqrəedici eritema çox xarakterikdir), ürəyin, sinir və oynaqların zədələnməsi baş verir. Ən çox dizin sinoviti olur, nadir halda xroniki hala keçir.
Menyer xəstəliyi
Padalekmiksiya (Menyer sindromu) — daxili qulaqda yaranan və daxili qulaq boşluğunda maye (endolimfa) miqdarının artması ilə müşayiət olunan xəstəlik. Maye bədənin fəzada oriyentasiyasını və müvazinətin qorunmasını tənzimləyən hüceyrələrə təzyiq göstərir. Bu xəstəlik ilk dəfə fransız həkimi Prosper Menyer (1799-1862) tərəfindən araşdırılıb. Nadir xəstəliklər sırasına aid edilir və müxtəlif müəlliflərin qiymətləndirməsinə görə xəstələnənlərin sayı əhalinin hər 100 min nəfərinə 20-200 nəfər arasında dəyişir. Çox vaxt səhvən, qayıdan başgicəllənmə hallarında Menyer xəstəliyi diaqnozu qoyulur. Səbəblər tam öyrənilməsə də, çox vaxt aşağıdakı səbəblər göstərilir: Damar xəstəlikləri; Baş və qulaq travmaları; Daxili qulağın iltihabi xəstəlikləri; İnfeksion proseslər. Müntəzəm başgicəllənmə tutmaları; Müvazinət pozulmaları (xəstə gəzə, dayana və otura bilmir); Ürək bulanma, qusma; Güclü tərləmə; Arterial təzyiqin düşməsi, nadir hallarda qalxması, dəri örtüyünün solğunlaşması; Qulaqlarda küy; Koordinasiya pozğunluğu. Labirint disfunksiyası: sağ, sol və d. Adətən Menyer xəstəliyinin gedişini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Belə ki, xəstəliyin simptomları arta, yaxud nisbətən azala və ya dəyişməz qala bilər.
Minamata xəstəliyi
Minamata xəstəliyi — Yaponiyanın Minamata qəsəbəsindəki xüsusi şirkətə mənsub olan zavod uzun illər yaxındakı körfəzə tərkibində civə olan maye axıtmışdır. Bu maye yerli əhalinin qidasını təşkil edən balıq və xərçəngin orqanizminə keçmişdir. Nəticədə bu qidalardan istifadə edən qəsəbə əhalisininn əsəb sistemi pozulmuş, eşitmə və görmə qabiliyyətini itirimiş, əksəriyyəti iflic vəziyyətinə düşmüş və ölmüşdür. Bu xəstəlik tarixə minamata xəstəliyi kimi daxil omuşdur.
Parkinson xəstəliyi
Parkinson xəstəliyi — neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Parkinson xəstəliyi (PH) Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. PH'ın xarakterin cəhəti dopaminergik neyronların itkisi və hüceyrə sitoplazmasında Lewy cisimlərinin (içində protein aqreqatlarıdır) tapılmasıdır. Genetik hal PH hallarının cəmi 5%'ini təşkil edir. Genetik keçən Parkinson xəstəliyi (GKPX) autosom dominant və autosom resessiv olmaqla 2 qrupa bölünür. GKPX'yə səbəb olan 11 lokus məlumdur, bunların altısında gen bəllidir: ikisində sinuklein, parkin, UCH-L1, DJ-1 və PİNK1'dir. GKPX ilə sporadik PH arasında patoloji baxımdan heç bir fərq yoxdur. Sporadik PH olan xəstələrin beyin toxumasındakı neyron ölümü apoptoz mexanizması ilədir. PH'ın rast gəlmə tezliyi 65 yaşdan sonra artır, lakin 35 ilə 50 arasında da rast gəlinə bilər. Yaş artdıqca tezlik artır bu da PH'ın yaşla əlaqəsini təsdiq edir.
Pika xəstəliyi
Pika xəstəliyi — mərkəzi sinir sisteminin nadir, bir qayda olaraq xroniki və getdikcə şiddətlənən xəstəliyidir. Xəstəlik baş beyin qabığının əsasən alın və gicgah payının dağılması və atrofiyası ilə xarakterizə olunur. Pika dünyada aşkar edilmiş on nadir xəstəlikdən biridir. Bu xəstəliyə tutulan insanlarda kağız, sabun, torpaq, təbaşir, gil, süngər kimi maddələrə meyl yaranır. Alimlər bu xəstəliyin mineral çatışmazlığından irəli gəldiyini yəqinləşdiriblər. Bu nadir xəstəlik, insanda yeyilməsi mümkün olmayan maddələri yemək istəyi oyadır. Bu xəstəlik əsasən hamilə qadınlar və kiçik yaşlı uşaqlarda müşahidə edilir. Yeyilməsi mümkün olmayan maddələrlə qidalanmaq - qanda hansısa maddələrin çatışmazlığından əmələ gəlir. Belə xəstələr ambulator müayinədən keçərək, qan analizi verməli və dəqiq müayinə olunmalıdırlar. Bundan sonra müalicəyə başlamaq olar.
Qulaqdibi xəstəliyi
Qulaqdibi xəstəliyi və ya parotit – viruslar vasitəsilə yayılan kəskin infeksiyalı xəstəlik. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10–18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir. Halsızlıq və hərarət; Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində ağrı; Qulaqətrafı nahiyədə şişlik. Yaranan şişin üzərinə isti kompres qoyulmalı Xəstəni digər ailə üzvlərindən ayrı saxlamalı Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı Bir faktı da qeyd etmək vacibdir ki, xəstəliyin kişilərdə sonsuzluğa səbəb olan fəsadlar törətmə qabilliyəti olduğundan mütləq həkimə müraciət etmək vacibdir.
Rozasea xəstəliyi
Rozasea xəstəliyi — üz dərisinin eritematoz, teleangiektatik xroniki xəstəliyidir. Elmi adı rosacea olan bu xəstəliyə qızıl gül xəstəliyi də deyilir. Otuz yaşdan yuxarı olan qadınlarda daha çox yaranır. Üzdə qızartı, yanma, göynəmə, quruluq əlamətləri ilə özünü göstərir. Üzdə çəhrayi rəngli irincikli səpgilər verdiyi üçün çəhrayi sızanaq xəstəliyi də deyilir. Rozasea xəstəliyinin yaranma səbəbi endogen və ekzogen səbəblərlə əlaqəlidir. Endeogen səbəblər endokrin sistemin xəstəlikləri, immun yetməzliyi halları, emosional stress və mədədə helicobacteri pylori mikroblarının artması ilə əlaqəli ola bilər. Rozaseanın ekzogen səbəbləri isə günəş şüaları, isti mühit, qaynar içkilər və yeməklər, acı bibər başda olmaqla kəskin ədviyyat istifadəsi, bəzi dərmanlar, spirtili içkilər və s. daxildir. Menopauza mərhələsinə girməkdə olan orta və yuxarı yaş qadınlarda da hormonal disbalansa bağlı olaraq rozasea xəstəliyi ya yarana bilər, ya da kəskinləşə bilər.
Suçiçəyi xəstəliyi
Suçiçəyi (lat. varicella, yun. ανεμοβλογιά) — yoluxucu xəstəlik növü. Balaca, qırmızı və ortasında su olan balaca ləkələr ilk öncə qarın və kürək nahiyəsində daha sonra isə bütün bədəndə görsənməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur. Dözülməz qaşınma müşahidə edilir, lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin əgər səpkilər qaşınıb qoparılsa onu yerlərində çapıqlar qalacaq, Bədəndə yüksək hərarət, İştahsızlıq və baş ağrısı, Su çiçəyindən qorunmanın bir üsulu çiçək peyvəndi olmaqdır. Peyvəndin qoruyuculuğu az olduğundan rutin istifadə olunmur. Bədəndə olan qırmızı sulu ləkələri yaşıl briliant abısı ilə rəngləmək, dərini səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək. Su çiçəyi xəstəliyini herpetik viruslardan biri törədir.
Sümük xəstəliyi
Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir. Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Sızanaq xəstəliyi
Sızanaq və ya çivzə xəstəliyi — dərinin iltihabi xroniki xəstəliyidir. Elmi adı acne vulgaris olan bu xəstəlik əsasən yeniyetməlik dövründə meydana çıxır. Lakin istənilən yaşda yarana bilər. Kürəkdə, üzdə, saçlı dəridə əsasən irinli qabarcıqlar şəklində özünü göstərir. Sızanaq və ya akne xəstəliyinin yaranmasında zəncirvari dörd ana mexanizm mövcuddur. Onlar aşağıdakılardır: Yəni yağ vəzlərinin həddindən artıq ifrazı. Yağ vəzlərinin sintezi və ifrazı birbaşa insanın hormonal statusunua bağlıdır. Yağ vəzlərindəki hormon reseptorları və qandakı hormonların miqdarı arasındakı tarazlıq yağ vəzlərindəki möhtəviyyatın sintezini və ifrazını tənzimləyir. Genetik olaraq hiperseborreya halına meyilli olanlarda bu balans pozulduğu üçün üz dərisi və saçlarda yağlanma müşahidə olunur. Bu isə akne xəstəliyinə meyilliyə səbəb olur.
Vernike xəstəliyi
Vernike xəstəliyi — beyində olan pozulmanın nəticəsi olaraq meydana gəlir. Bilavasitə gözlərdəki əzələlərin hərəkət etməməsi ilə müşahidə edilən bir xəstəlikdir. Bu cür xəstəliyə mübtəla olan şəxslər də qaibdən müxtəlif səslər eşitdiklərini iddia edirlər.Qeyd olunanların hamısı alkoqolun müntəzəm qəbulu zamanı yaranır ki, bunlar da əsəb və ruhi pozulmalara səbəb olur, nəticədə bu tip pozulmalar alkoqolun daha çox beyin, beyincik və əsəblərə etdiyi mənfi təsirin nəticəsi olaraq bu xəstəlik ortaya çıxır.
Villebrand xəstəliyi
Villebrand xəstəliyi, Villebrand sindromu irsi qan xəstəliyi olub, hemofoloyada olduğu kimi epizodik öz-özünə baş verən qanaxmalarla xarakterizə olunur. Xəstəlik onu ilk dəfə aşkar etmiş fin həkimi Erik Adolf fon Villebrandın (1870-1949) şərəfinə adlandırılmıışdır. Sinonim adı angiohemofiliya adlanır. Qanaxmaya səbəb qanın laxtalanma qabiliyyətinin aktiv Villebrand faktorunun çatmazlığı ilə əlaqədar pozulmasıdır. Villibrand faktoru trombositlərin kollagenə adheziyasını təmin etməklə VIII faktorun proteolizdən qoruyur. Villebrand faktorunun defisitində VIII faktor proteolizə uğrayaraq, plazmada onun miqdarı azalmış olur, eyni zamanda serotoninin migdarı azalır ki, nəticə etibarilə damarların genişlənməsi və damar keçiriciliyi artmış olur. Villebrand xəstəliyində hemostazın üç zənciri pozulduğundan uzunmüddətli qanama müşahidə edilir. Xəstəlik irsi olaraq autosom dominantlıq prinsipi ilə ötürülür. Villebrand xəstəliyinin rastgəlmə tezliyi 1:800-1000 nisbətindədir. Villibrand xəstəliyinin Villibrand faktorunun say və keyfiyyətinə görə üç tipi mövcuddur.
Vilson xəstəliyi
Morbus Vilson və ya Vilson xəstəliyi (Sinonim: Hepatolentikular degenerasiya) — qaraciyərin Kupfer hüceyrələrində maddələr mübadiləsinin — mis ionlarının mübadiləsinin pozulması ilə gedən autosomal-resessiv irsi xəstəlikdir. Xəstəlik zamanı orqanizmdə misin toplanması baş verir ki , bu da ən çox özünü qaraciyər bə beyinin zədələnmə əlamətləri ilə büruzə verir. Qohumlar arasında nikah çox olan ölkələrdə tez-tez rast gəlinir. Kişi və qadınlar arasında bərabər tezlikdə təsadüf edilir. Xəstəliyin gedişində 2 mərhələ müəyyənləşdirilir: 1. Latent (5–7 il) 2. Klinik əlamətlər dövrü 25% pasiyentlərdə xəstəlik kəskin başlayır. Qaraciyər funksiyasının pozulması – Vilson xəstəliyi zamanı bütün təsadüflərin yarısından çoxunda ilk əlamətlərdəndir. Qaraciyərin zədələnməsi xroniki hepatit, sirroz, fulminant qaraciyər çatışmazlığı şəklində özünü büruzə verə bilər. Yoxlama zamanı sarılıq, teleangiektaziyalar, palmar eritema aşkarlanır.
Vəba xəstəliyi
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Xolera xəstəliyi
Vəba və ya xolera (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.